Konqresdən Trampa çağırış: “Türkiyəyə sanskiya tətbiq et!”

  • 11:24 - 10 Dekabr

ABŞ-ın Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitəsi aylardır davam edən müzakirədən sonra Pentaqonun 738 milyard dollarlıq 2020-ci il büdcəsini təsdiqləyiblər.

Avropa.info xəbər verir ki, hər iki komitə Rusiyadan S-400 HHM sistemi aldığı üçün prezidenti Donald Trampı Türkiyəyə sanksiya tətbiq etməyə çağırıb. İki komitənin də razılaşdırdığı “Milli müdafiə səlahiyyəti qanunu”nun 2019-cu il başa çatmadan Konqresdən keçməsi və Tramp tərəfindən təsdiq olunması üçün təqdim olunması gözlənilir.

Hər iki komitə də Türkiyəyə F-35 təyyarələrinin satılmasının qadağan olunmasını tələb edir. Hər iki komitə S-400-lərin F-35 proqramına təhlükə yaratması, bu səbəbdən Tramp hökumətinin Ankaraya sanksiya tətbiq etməsinin lazımlığı barədə həmfikirdir.

Komitə üzvləri bununla yanaşı Rusiya ilə hər cür hərbi əməkdaşlığın da qadağan olunmasını tələb edir.


Oxunma sayı: 4236

Oxşar yazılar