Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu

  • 11:12 - 10 Dekabr

“Ekologiya postu” kimi tanınan ərazidə “Eurohome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Bu barədə Avropa.info-ya  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H. Z. Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.


Oxunma sayı: 2806

Oxşar yazılar