Bakı-Sumqayıt yolunda hərəkət tam dayandırılıb

  • 10:48 - 10 Dekabr

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşdırılıb.

Avropa.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.

“Bu səbəbdən, ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”, - məlumatda qeyd olunub. 


Oxunma sayı: 4203

Oxşar yazılar