Parisdə ümumi tətil və nümayişlər davam edir

  • 23:27 - 09 Dekabr

Fransada xüsusi təqaüd rejimlərinin ləğv olunmasına görə etiraz tətili və nümayişləri davam edir. 

Virtualaz.org yerli KİV-ə istinadən bildirirki, etiraz tətilinin 5-ci günü dəmir yolu sahəsində qatar sürücülərinin 77,3 faizi işə çıxmayıb. Parisdə regional ekspress dəmir yol şəbəkəsi (RER) və metro qatarlarının 15 faizinin işlədiyi bildirilib. 

Hökumət dekabrın 11-də yeni təqaüd islahatları layihəsinin tam mətnini açıqlayacağı ilə bağlı məlumat yayıb. Ölkədə həmkarlar təşkilatları insanları dekabrın 10-da yenidən ümumi tətil və nümayişə çağıraraq həmin günün həlledici olacağını  elan edib. Nəqliyyat həmkarlar təşkilatlarının bəziləri tətili dekabrın 31-dək davam etdirəcəklərini bildiriblər.


Oxunma sayı: 8636

Oxşar yazılar