Türkiyənin axtarışa verdiyi daha bir təhlükəli terrorçu məhv edildi

  • 21:25 - 09 Dekabr

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri tərəfindən dekabrın 7-də Muş vilayəti ərazisində daha bir uğurlu antiterror əməliyyatı keçirilib. Nəticədə 5 terrorçu zərərsizləşdirilib. Terrorçuların şəxsiyyəti müəyyənləşdirilərkən onlardan birinin “Zinar Amed” ləqəbli Erdal Tekay olduğu məlum olub.

Türkiyənin Daxili İşlər Nazirliyi həmin terrorçunun yaxalanması üçün 300 min lirə (52 min ABŞ dolları) mükafat ayırmışdı.


Oxunma sayı: 8724

Oxşar yazılar