Sergey Lavrov sabah Donald Trampla görüşəcək

  • 19:40 - 09 Dekabr

ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

Mənbə qeyd edib ki, S.Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen ABŞ prezidentinin rusiyalı naziri qəbul edəcəyini istisna etməyib.

Qeyd edək ki, D.Trampla S.Lavrov arasında ilk görüş 2017-ci ilin mayında Vaşinqtonda olub.


Oxunma sayı: 4742

Oxşar yazılar