Putinin daim yanında gəzdirdiyi çantanın sirri çözüldü - İçində müharibə başlatma düyməsi var (Foto)

  • 17:37 - 09 Dekabr

SSRİ dövründən bəri istifadə olunan, Vladimir Putin dövründə təkmilləşdirilən nüvə raketi buraxılışı çamadanının görüntüsü ilk dəfə Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı “Zvezda” telekanalında efirə gedib.

Avropa.info xəbər verir ki, Putinin seçilməsində sonra təkmilləşən çamadan “Çeget” adlanır. Çamadanın işləmə mexanizmi barədə məlumat verən hərbi ekspert sistemin fleş kartla vasitəsilə əvvəlcədən hazır olan döyüş əmri kodlarını strateji silahların komanda mərkəzinə göndərdiyini və nüvə başlıqlı raketlərin bu komandan mərkəzi ilə havaya qalxa biləcəyini deyib.

Telekanalın proqramında nüvə döyüş təlimatı verilən çanta ilə yanaşı daha iki çamadanın olduğu, bu çamadanların isə kompüterlərlə vasitəsilə birbaşa komanda mərkəzləri ilə əlaqə saxladığı qeyd olunur.

Rusiya prezidenti Putin bu çamadanı demək olar hər dəfə xaricə səfərində, Rusiyadan uzada keçirilən konfranslara gedəndə aparır. Çamadanı daşıyan şəxsin mütəxəssis hərbçi olduğu bildirilir.

Çamadanın iki vacib düyməsi olduğu, bu düymələrdən ağ rəngdə olanın basıldığı zaman xüsusi kodların strateji raket mərkəzlərinə göndərildiyi və əmrin birbaşa həyata keçirildiyi qeyd olunub.

Çamadanın sirlərini açıqlayan hərbi ekspert Aleksey Yeqorov onun tarixindən də danışıb. SSRİ vaxtı “Kazbek” adlandırılan çamadan hərbi komanda mərkəzinə kodlar göndərərək müharibənin başlaması əmrini vermək məqsədi güdürdü. 


Oxunma sayı: 22958

Oxşar yazılar