Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq

  • 17:02 - 09 Dekabr

Dövlət Neft Fondu Müşahidə Şurasında Azərbaycan Prezidentinin iki köməkçisi təmsil olunacaq.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamında əksini tapıb.

Dövlət Neft Fondu Müşahidə Şurasının öncəki tərkibində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Natiq Əmirov təmsil olunurdu.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Neft Fondu Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, struktur islahatlardan sonra yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur.


Oxunma sayı: 12266

Oxşar yazılar