Əkrəm İmamoğlu mayda istefa verəcək - Türkiyəli jurnalistdən sensasiyalı iddia

  • 16:11 - 09 Dekabr

Türkiyəli jurnalist Süleyman Özışık İstanbul şəhər bələdiyyə sədri Əkrəm İmamoğlu ilə şok iddia ilə çıxış edib.

Avropa.info xəbər verir ki, “Ulusal kanal” telekanalında efirə gedən “Həftəsonu” proqramında Sinəm Fıstıkoğlunun qonağı olan Süleyman Özışık Əkrəm İmamoğlunun may ayında istefa verəcəyini iddia edib:

“Mart ayında bu yarış qızışanda Əkrəm İmamoğlu “bəli, mən də CHP sədrliyinə iddia edirəm” deməsi Türkiyənin növbədənkənar seçkiyə getməsi və İmamoğlunun “mən prezidentliyə namizədəm” deməsi ehtimal olunandır. 

Süleyman Özışık şəhər universiteti müzakirələri ilə bağlı “Bu ərazi xəzinə malıdır, dolayısilə millətin malıdır. Əhməd Davudoğlu millətin malını təsisçisi xalq olduğu fonda bağışlayır.

Türkiyə prezidentinin dələduzluq dediyi məsələ burada başlayır. Dövlətin ərazisini ipoteka göstərərək, “Halk Bank”a gedir və “Halk Bank”a kredit üçün müraciət edir. 370 milyon lirə kredit alınır. Mən “Xalq Bank” idarə heyəti ilə də görüşdüm. Bu günə qədər 11 dəfə görüşüblər və mart ayından bəri universitet bu pulu vermir”.


Oxunma sayı: 9494

Oxşar yazılar