Son dəqiqə : Rusiya hərbçiləri ilk dəfə PKK/PYD terror təşkilatının işğalında olan Raqqa şəhərinə girdi - Türkiyə ilə imzalanmış sazişə əsasən

  • 15:13 - 09 Dekabr

Rusiyanın Suriyada olan ordusu ilk dəfə olaraq keçmişdə İŞİD terror təşkilatının "paytaxt" elan etdiyi, sonradan PKK/PYD terror təşkilatı tərəfindən ələ keçirilən Raqqa şəhərinə girib. 

  • Avropa.info xəbər verir ki, daha öncə Raqqa vilayətinin ərazisində olan Rusiya hərbi birlikləri, Türkiyə ilə PKK/PYD-nin bölgədən təmizlənməsini şərtləndirən müqaviləyə uyğun olaraq Raqqa şəhərinə daxil olub. 

Rus hərbi birlikləri şəhər sakinlərinə 2 min ədəd qida paketi paylayıb, bölgəyə doktorlar da gətirilib.  

Rusyanın Suriyadakı hərbi birliklərinin təmsilçisi Vladimir Varnavski ABŞ tərəfindən həyata keçirilən antiterror əməliyyatlarından Raqqa şəhərinin və dinc əhalinin zərər gördüyünü deyib.  

 "Heç bir ayrım etmədən həyata keçirilən bombardımanlar nəticəsində minlərlə dinc sakin öldü. Şəhər tamamilə dağıdılıb. İçiləcək su, tibbi ləvazimat və qida sıxıntısı mövcuddur" - Vladimir Varnavski qeyd edib. 

Xatırladaq ki, 2013-cü ilin yayında İŞİD terror təşkilatı Raqqanı Suriya müxaliflərinin əlindən almışdı. 2017-ci ildə isə ABŞ dəstəkli PKK/PYD terror təşkilatı Raqqanı İŞİD-dən aldı.

Türkiyə ilə Rusiya arasında imzanlanmış sazişə görə, Moskva Raqqanı PKK/PYD terror təşkilatından təmizləməyi öhdəlik olaraq qəbul edib.


Oxunma sayı: 8999

Oxşar yazılar