Həyasızlığın pik həddi – Erməni telekanalı Türkiyənin Iğdır vilayətini Ermənistan ərazisi kimi təqdim etdi, Ankaradan sərt cavab

  • 15:21 - 09 Dekabr

Ermənistanın Western Armenian TV telekanalı atmosferin çirklənməsi ilə bağlı efirə verdiyi proqramda Türkiyənin İğdır vilayətini Ermənistan şəhəri kimi göstərib.

Avropa.info xəbər verir ki, Ermənistan telekanalının bu yayımına sərhəddə yerləşən İğdır əhalisi etiraz edib. 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünal hadisə ilə bağlı bu sözləri deyib:

““Qərbi Ermənistanın Iğdır şəhəri” ifadələrindən istifadə olunması başa düşülən deyil. Iğdır təmiz türk şəhəridir. İğdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türk düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Bu da göstərir ki, türk torpaqlarında illərdir gözü var. İndi yaşadıqları İrəvan belə türk yurdudur, Qərbi Azərbaycanın bir hissəsidir. Ermənilər türk düşmənlikləri sayəsində Ermənistanda yerləşən türk əhalisi yox edilmiş, bir hissəsini də ölkədən çıxarıblar. İndi də imperialist yalanı – “soyqırım”ı bəhanə edərək, Türkiyədən tanınma, təzminat almaq fikrindədirlər. Bu çərçivədə təbliğat aparmağa başlayıblar, türkcə telekanal açıblar. Məqsədləri türk torpaqlarını Ermənistan torpağı kimi göstərərək, fikir formalaşdırmaqdır”.

ASİMDER sədri Göksəl Gülbəy telekanalın yayımına icazə verən Ermənistanın türk torpaqlarına olan iddiasını bir daha gündəmə gətirməyə cəhd etdiyini qeyd edib.

Fransanın dəstəyi ilə Qərbi Ermənistan adı ilə bir hökumət qurulduğunu da irəli sürən Gülbəy bu sözləri deyib:

“Qurama Qərbi Ermənistanda efirə çıxan bir telekanalın Iğdırı Ermənistan şəhəri adlandırması və yaxın vaxtlarda Fransada saxta Qərbi Ermənistan hökumətinin qurulmasının açıqlanması, hətta internet vasitəsilə 40 dollar əvəzində vətəndaşlıq vermələrinin elan edilməsini qəbul etmək mümkün deyil, Avropada yaşayan və 1915-ci ildə Osmanlı imperiyası dövründə sürgün edilən erməni ailələrin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən dəstəklənir. Iğdır və 20-yə yaxın Şərqi Anadolu və cənub-şərq şəhərlərimizi saxta Qərbi Ermənistan şəhərləri kimi göstərən bir telekanalın yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqları üzərindəki iddiasını açıq şəkildə ortaya qoyub. Qonşu ölkənin torpaqlarını göz dikmək açıq şəkildə müharibə elan etməkdir”. 

Gülbəy teleyayımla bağlı Türkiyə XİN-nin Ermənistana nota verməli olduğunu qeyd edib:

“Neçə gündür efirə gedən bu saxta Qərbi Ermənistan dövlət televiziyası adı proqramın yayımının dayandırılması və ya qarşısının alınması lazımdır. ASİMDER bu saxta Qərbi Ermənistan dövlət televiziyası və buna dəstək verən Fransa və Ermənistan dövlətini şiddətlə qınayırıq”.


Oxunma sayı: 9329

Oxşar yazılar