Rusiya üçün şok qərar - Olimpiadalarda və dünya çempionatlarında iştirakdan məhrum edildi

  • 14:30 - 09 Dekabr

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.  

TASS agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb. 

Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub. 


Oxunma sayı: 16303

Oxşar yazılar