"Samur çayı üzərində körpünün tikintisi yaxınlarda başa çatdırılacaq" - Rus nazir

  • 13:29 - 09 Dekabr

"Yaxın vaxtlarda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq". 

Bu sözləri Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib. 

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir. 

"Rusiya tərəfindən bu məsələ prezident səviyyəsində tapşırılıb. Məqsəd həm ticarət dövriyyəsinin, həm də insanların komfortlu keçidini təmin etməkdir", - deyə nazir bildirib.

APA


Oxunma sayı: 10946

Oxşar yazılar