Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu pulların məbləği açıqlandı

  • 13:22 - 09 Dekabr

"Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 mlrd. ABŞ dolları təşkil edir". 

Avropa.info xəbər verir ki, bu sözləri Azərbaycan-Rusiya arasında Bakıda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev deyib. 

Onun sözlərinə görə, indiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb. 

Bundan başqa, Baş Nazirin müavini bildirib ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19%, bu ilin 10 ayında isə 23% artıb. 

"İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var", - deyə Ş. Mustafayev qeyd edib.


Oxunma sayı: 5699

Oxşar yazılar