Paşinyan Serj Sarkisyana cinayət işinin açılmasını istədi

  • 13:00 - 09 Dekabr

“Ermənistan keçmiş prezidenti Serj Sarkisyana qarşı 400 milyon dram (833 min 755 dollar - red.) həddində cinayət işinin başlanmasını xahiş edirəm”. 

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 9-da bəyan edib. 

“Bir neçə gün əvvəl Serj Sarkisyana qarşı 400 milyon dramlıq korrupsiya üzrə irəli sürülən ittiham bəziləri üçün gülməli olub. Ölkəmizdə elə adamlar var ki, onlar korrupsiyaya qarşı mübarizəni hökumətin və ya baş nazirin konsertə tamaşaçı sifarişi kimi qəbul edir. Bu baxımdan xahiş edirəm ki, Serj Sarkisyana qarşı 400 milyon dramlıq cinayət işi başlayasınız. Məntiqi bir sual meydana çıxır: niyə 4 milyardlıq deyil, 400 milyonluq sifariş vermişəm? Korrupsiya və ona qarşı mübarizə bir-birinin davamı olur”, - Nikol Paşinyan vurğulayıb.


Oxunma sayı: 6832

Oxşar yazılar