Moskvada erməni baş həkim həbs olundu - Uşaq ölümünə görə

  • 12:18 - 09 Dekabr

Moskvada 27 saylı doğum evinin keçmiş rəhbəri Marina Sarmosyan həbs edilib. 

“TASS” agentliyi xəbər verir ki, məhkəmə zərərçəkmişlərin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarıb. 

Məlumata görə, Sarmosyan guya təbii doğuşu dəstəklədiyini deyərək, rəhbərlik etdiyi klinikada az sayda qeysəriyyə əməliyyatı aparması ilə qürur duyduğunu bildirib. Ancaq sonradan məlum olub ki, ehtiyacı olan insanlarla belə edilməyib. Nəticədə 4 uşaq xəsarət alıb. Onlardan biri ölüb. Erməni baş həkimə qarşı “laqeydlik” və “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək” maddələri ilə cinayət işi açılıb. 

"Xəstəxanada keysəriyyə əməliyyatı aparmaqdan imtina edilmiş dörd zərərçəkmişin ifadələri əsasında cinayət işi açılıb və nəticədə uşaqlar doğuş zamanı xəsarət alıblar”, - məlumatda bildirilib. 

Moskva Səhiyyə İdarəsi Sarmosyanın baş həkim olduğu doğum evinin rəhbərliyinin tamamilə dəyişdiriləcəyini açıqlayıb.


Oxunma sayı: 5809

Oxşar yazılar