Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötdü

  • 10:35 - 09 Dekabr

Çinin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0,7% artaraq bu ilin dekabrın 1-nə 3,096 trilyon dollar olub. 

Bu barədə Çin Dövlət Valyuta İdarəsi bildirib. 

"Noyabr ayında Çinin valyuta bazarında tələb-təklif balanslaşdırılmış, bazar gözləntiləri isə sabit idi", - Çin dövlət valyuta idarəsi sözçüsü Vang Çunyingın açıqlamasında bildirib. 

O qeyd edib ki, qlobal iqtisadi böyümənin yavaşladığı, çox sayda qeyri-sabit və qeyri-müəyyənliyin olduğu xarici mühitdə Çin iqtisadiyyatının inkişafı üçün böyük potensial olduğunu qeyd edib.

Report


Oxunma sayı: 6007

Oxşar yazılar