Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb

  • 10:11 - 09 Dekabr

Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, “Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.


Oxunma sayı: 8834

Oxşar yazılar