İsrail Qəzzada hərbi əməliyyata hazırlaşır

  • 10:05 - 09 Dekabr

İsrailin Baş naziri Binyamin Netanyahu axırıncı atəşlərdən sonra Qəzzada islamçılara qarşı mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş verib. 

Bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasının açılışında bildirib. 

"Əgər atəş davam etsə, heç bir razılaşma (HƏMAS-la-red.) olmayacaq. Əksinə, Qəzzada terrorçular hələ bizim gücümüzü hiss edəcəklər. O hissi ki, 3 həftə əvvəl bizə "İslam cihadı"nın lideri və bu təşkilatın onlarla döyüşçüsü hücum edəndə, onlar İsrailin “Qara kəmər” əməliyyatının gedişatında hiss ediblər, - bu, yalnız başlanğıc idi", - Baş nazir deyib. 

Netanyahu əlavə edib ki, İsrailin müdafiə nazirinə və müdafiə ordusuna hərbi əməliyyata hazırlaşmağı tapşırıb.

Report


Oxunma sayı: 4808

Oxşar yazılar