Keçmiş prezidentə yumurta atdılar - Video

  • 23:52 - 08 Dekabr

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya mitinqdə çıxışı zamanı bir neçə yumurta atılıb.

 Poroşenko mikrofona yaxınlaşıb və “Ukraynaya eşq olsun!” qışqıran zaman kütlədən bir nəfər yumurta ilə eks-prezidenti hədəf alıb.

Yumurtalardan biri Poroşenkonun həyat yoldaşına dəyib, digərini isə deputatlardan biri əli ilə tutub.

Bundan sonra keçmiş prezident hadisəni törədən şəxsi tutmağı tələb edib.


8WoDHgsUSTE

Oxunma sayı: 4203

Oxşar yazılar