Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

  • 20:52 - 08 Dekabr

Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.

2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin  hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 4632

Oxşar yazılar