Haftara daha bir zərbə: Təyyarəsi vuruldu

  • 20:12 - 08 Dekabr

Liviya Milli Razılıq Hökumətinin ordusu Xəlifə Haftarın hərbi qüvvələrinə məxsus MiQ-23 tipli hərbi təyyarəni vurub.

Bu barədə Milli Razılıq Hökumətinin Feysbuk səhifəsində məlumat yayılıb.

Məlumatda Haftar qüvvələrinə aid MiQ-23 tipli hərbi təyyarənin Tripoli yaxınlığında vurulduğu bildirilib.

Təyyarənin pilotu sağ olaraq ələ keçirilib.(axar.az)


Oxunma sayı: 5611

Oxşar yazılar