Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

  • 18:32 - 08 Dekabr

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Avropa.info xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilir.

“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə başsağlığında qeyd edilir.

Qeyd edək ki, Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.


Oxunma sayı: 3796

Oxşar yazılar