Cəlilabadda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb

  • 16:14 - 08 Dekabr

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

APA-nın  verdiyi məlumata görə, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.

 

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 2872

Oxşar yazılar