Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb

  • 15:54 - 08 Dekabr

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 9296

Oxşar yazılar