“Sən nə edirsən?! Sonun çatıb, anladın?!...” - Oliqarx oğlunun komandası uduzdu, hakimi belə hədələdi..

  • 13:37 - 08 Dekabr

Ukraynada biznesmen-oliqarx İqor Kolmoyski oğlunun oynadığı basketbol klubunun uduzmasından sonra hakimi “yox etməklə” hədələyib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Kolomoyskinin 20 yaşlı oğlu Qriqori “Dnepr” basketbol klubunda müdafiəçidir və komanda “Kiyev” klubu ilə oyunda uduzub. Bundan sonra oliqarx məşqçiyə yaxınlaşaraq onu təhdid edib.

Hakim Andrey Babıkın Ukraynanın basketbol çempionatının direktoruna göndərdiyi məruzədə göstərilir ki, “Dnepr” klubunun direktoru Valeri Kondratyev və hansısa Valeri Qulyayev də onu hədələyiblər. “Kiyev” komandasına qarşı oyun başa çatanda Kondratyev hakimə yaxınlaşıb və onun meydançadan “sağ getməyəcəyini” deyib. Sonra isə milyarder özü hakimə yaxınlaşıb.

-Sən nə edirsən?! Sənin sonun çatıb, başa düşdün?!-Kolomoyski hakimə deyib.

Biznesmen bundan əvvəl də bənzər “idman” qalmaqallarına qarışıb. Belə ki, Kolomoyski oktyabr ayında Ukraynanın Boks Federasiyasının prezidenti Mixail Brodkini, “Prometey” klubunun rəhbərini və hakimləri də hədələmişdi.


Oxunma sayı: 10649

Oxşar yazılar