Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək

  • 12:59 - 08 Dekabr

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Floridada krallıq vətəndaşı tərəfindən qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, qeyd edib ki, Səudiyyə kralı başsağlığı üçün ona zəng edib.

“Çox kədərlidirlər. Kral onların (ölənlərin) ailələrinin və yaxınlarının qayğısında iştirak edəcək”.

Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi 3 nəfəri öldürdükdən sonra intihar edib. Onun açdığı atəş nəticəsində 8 nəfər yaralanıb.(report)


Oxunma sayı: 4346

Oxşar yazılar