Ukraynada matəm elan olunub

  • 11:03 - 08 Dekabr

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.

Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.


Oxunma sayı: 6546

Oxşar yazılar