ABŞ “Taliban”la danışıqları bərpa edib

  • 23:58 - 07 Dekabr

ABŞ radikal islamçı “Taliban” hərəkatı ilə danışıqları bərpa edib.

Bu barədə “TOLO News” məlumat yayıb.

Mənbəyə görə, ABŞ nümayəndələri Qətərin Doha şəhərində “Taliban”la danışıqlar aparır. Qeyd olunub ki, müzakirələrdə əsas diqqət zorakılıq səviyyəsinin azaldılması olacaq ki, bu da öz növbəsində ölkədə atəşkəsə səbəb olacaq.

Xatırladaq ki, ABŞ ilə “Taliban” hərəkatı arasındakı danışıqlar sentyabr ayında Kabildə törədilən terror hücumu zamanı aralarında amerikalı hərbçilər də olduğu 12 nəfərin öldürülməsindən sonra Prezident Tramp tərəfindən dayandırılmışdı.(report)


Oxunma sayı: 9934

Oxşar yazılar