Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb

  • 21:58 - 07 Dekabr

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.

Avropa.info xəbər verir ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhədboyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.

Bu, Rusiya və Türkiyə hərbi polisinin Suriyada artıq 14-cü hərbi patruludur.


Oxunma sayı: 4401

Oxşar yazılar