Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb

  • 07 Dek - 2019

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.

Məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.

"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.

 

Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib. 

Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.


Oxunma sayı: 749

Oxşar yazılar