Ermənistan təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib

  • 20:18 - 07 Dekabr

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevork Loretsyan rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bu barədə "Sputnik-Ermənistan" xəbər verir.

Belə ki, dekabrın 4-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) G.Loretsyanı külli miqdarda rüşvət almaqda şübhəli bilərək saxlayıb. Onunla birlikdə sürücüsü və bir sıra idman məhsulları tədarükçü şirkətlərinin faktiki rəhbəri olan Yerevanın "Lokomotiv" futbol klubunun prezidenti Qraçik Kananyan da tutulub.

"Saxlanılanlara qarşı ittiham irəli sürülüb, məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib", - Ermənistan MTX-dən bildiriblər.

Xatırladaq ki, Ermənistan MTX-nin ilkin məlumatlarına görə, nazir müavini nazirliyin tabeliyindəki qurumların idman avadanlıqları və inventarlar ilə təchiz olunması üzrə tenderlərdə təchizatçıya yardım edib və bunun müqabilində sürücüsü vasitəsilə təchizatçıdan külli miqdarda rüşvət alıb.(report)


Oxunma sayı: 1288

Oxşar yazılar