Qətərdəki dünya çempionatının finalının yeri dəyişdirilib

  • 07 Dek - 2019

Qətərdə keçiriləcək klublararası dünya çempionatının Ər-Rayandakı stadionda baş tutmalı olacaq oyunlarının yeri dəyişdirilib.

Məlumatına görə, yarımfinal, həmçinin 5-ci, 3-cü yerlər uğrunda matçlar və final başqa arenada keçiriləcək.

Buna səbəb idman qurğusunun yeni inşa olunmasıdır. Düzdür, Ər-Rayandakı arenanın tikintisi tam başa çatıb. Amma stadionun sertifikat alması məsələsi yubanır. Rəsmi açılış mərasimi də 2020-ci ilə təxirə salınıb.

Bu üzdən də burada keçirilməli olan matçlar Dohadakı “Xəlifə” stadionunda təşkil olunacaq. Paytaxtdakı bu arena 45 min 416 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 11-dən 21-dək keçiriləcək. 


Oxunma sayı: 639

Oxşar yazılar