"Traktor" klubu Mustafa Denizli ilə yollarını ayırıb

  • 17:25 - 07 Dekabr

İranın "Traktor Sazi" klubu baş məşqçi Mustafa Denizli ilə yollarını ayırıb.

Məlumatına görə, türkiyəli mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Ona xidmətləri qarşılığında minnətdarlıq ifadə olunub.

"Traktor" Mustafa Denizlinin karyerasında ikinci İran təmsilçisi olub. 70 yaşlı mütəxəssis əvvəllər PAS və "Persepolis" komandalarında da çalışıb. O, 2013/2014 mövsümünün ikinci yarısında "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Qeyd edək ki, Mustafa Denizlinin rəhbərliyi altında "Traktor" 9 oyundan 5 qələbə, 2 məğlubiyyət və 2 heç-heçə ilə ayrılıb. Hazırda Təbriz komandası 11 oyundan 18 xalla 8-ci pillədə qərarlaşıb. (Report)


Oxunma sayı: 4566

Oxşar yazılar