ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyanı Rusiya hərbi bazasına niyə yaxınlaşır?

  • 16:40 - 07 Dekabr

ABŞ Hərbi Dəniz Qüvvələri Suriya sahillərinə özünün nəhəng “USS Harry Truman” təyyarədaşıyan gəmisini göndərib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşması Hibraltar boğazını keçib və birbaşa Suriya sahillərinə, Rusiyanın hərbi bazasının yerləşdiyi Tartusa tərəf istiqamətlənib.

Hərbi ekspertlər təyyarədaşıyanın regiona İran və Suriyaya qarşı hansısa missiya ilə göndərildiyini istisna etmirlər.

Aviadaşıyıcı qrupun tərkibinə raket kreyseri və bir neçə esminets, “Tomoqavk” qanadlı raketləri ilə silahlanmış atom sualtı qayıq daxildir. Bəzi məlumatlara görə təyyarədaşıyan bir müddət Suriya sahillərində mövqe tutacaq, daha sonra Fars körfəzinə istiqamət alacaq və orada növbə çəkən “Abraham Lincoln” təyyarədaşıyanını əvəz edəcək.

Rusiya hərbi ekspertləri istisna etmirlər ki, təyyarədaşıyan Suriyaya qarşı hansısa hərbi planla bağlı göndərilib. Belə olan halda Suriya rejiminin sərəncamında təyyarədaşıyana qarşı tətbiq etmək üçün silah yoxdur, amma Rusiya cəmi bir neçə saata Əsəd rejiminə X-55 raketləri ilə silahlanmış “Bal” sahil raket kompleksini verə bilər. Həmin kompleks “Harry Truman”ı bir neçə raketlə batırmaq imkanındadır.

Virtualaz.org


Oxunma sayı: 1530

Oxşar yazılar