Bağdadda nümayişçilərə hücum nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

  • 15:30 - 07 Dekabr

Cümə günü axşam saatlarında Bağdadda silahlı şəxslərin nümayişçilərə hücumu nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.

Bu barədə Al Arabiya telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bundan əvvəl 25 nəfər həlak olduğu, 130 nəfərdən çox insanın yaralandığı bildirilirdi.

Telekanalın məlumatına görə, bir qrup silahlı şəxs maşınlarda Əl-Xilyani meydanına gələrək, oradakı nümayişçilərə atəş açmağa başlayıb. Atəş bir neçə saat davam edib. Bu təxribatın arxasında kimin dayandığı indiyədək müəyyənləşməyib. Lakin aydın olub ki, dəfələrlə etirazçılara qarşı silah işlətməkdə ittiham olunan güc strukturlarının hücumda əli yoxdur.

Xatırladaq ki, İraqda oktyabrın 1-dən ağır sosial-iqtisadi həyat şəraitinə qarşı başlayan etiraz aksiyaları davam edir. Bu müddətdə azı 460 nəfər həlak olub, minlərlə insan isə yaralanıb.


Oxunma sayı: 5622

Oxşar yazılar