ABŞ hökuməti rus hakerin yaxalanması üçün tarixinin ən böyük mükafatını açıqladı - Fantastik məbləğ

  • 13:53 - 07 Dekabr

ABŞ hökuməti Rusiyanın haker qrupu "Evil Corp"ın rəhbəri Maksim Yakubtsın yaxalanmasına yardımçı olan şəxsə 5 milyon dollar ödül verəcəyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb. 
 

ABŞ Ədliyyə Nazirliyi Mosvada yaşayan Rusiya vətndaşı  Maksim Yakubtsa qarşı kiber hücum və bank dəlduzluğu ittihamları ilə cinayət işinin açıldığını bəyan edib. 

Maksim Yakubtsın yaxalanması üçün açıqlanan ödülün ABŞ tarixinin ən böyük mükafatı olduğu bildirilir. 

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi bəzi Rusiya vətəndaşları və şirkətlərinə  sanksiya tətbiq etmişdi.


Oxunma sayı: 7261

Oxşar yazılar