Berdıməhəmmədov 500-dən çox məhkumu əfv etdi

  • 13:15 - 07 Dekabr

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Beynəlxalq Neytrallıq Günü ərəfəsində 528 məhkumu əfv edib.

Əfv sərəncamı Türkmənistan dövlət başçısı tərəfindən dünən keçirilmiş hökumətin genişləndirilmiş iclasında imzalanıb.

Sərəncamla 528 nəfər azadlıqdan məhrumetmə kimi əsas cəza və müəyyən ərazidə yaşamaq öhdəliyindən qurtulub.

Qeyd edək ki, Türkmənistanda hər il böyük dövlət bayramlarına həsr olunmuş əfv aksiyaları tətbiq olunur. 2019-cu ildə prezident buna qədər artıq üç dəfə əfv fərmanı imzalamışdı. 

Report


Oxunma sayı: 4720

Oxşar yazılar