Xətai rayonunda su kəsiləcək

  • 14:00 - 07 Dekabr

Bakının Xətai rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Avropa.info xəbər verir ki, bu barədə "Azərsu” ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 


Oxunma sayı: 3631

Oxşar yazılar