Rəsulaynlı ticarətçidən Türkiyə ordusuna təşəkkür

  • 12:09 - 07 Dekabr

Rəsulaynda gündəlik həyatın normallaşmasından sonra iş yerini yenidən açan suriyalı ticarətçi türk əsgərinə təşəkkür edib. 

Avropa.info xəbər verir ki, Suriya vətəndaşı türk ordusu sayəsində xilas olduqlarını bildirib:  

“Türk ordusuna təşəkkür edirik, onların sayəsində xilas olduq. Ərəb olduğumuz üçün işləyə bilmirdik. PKK/YPG qazancımızın yarısını əlimizdən almamış işləməyimizə icazə vermirdi. Evlərimizdən çıxıb bura gəldik, güvəndəyik. Terror təşkilatı bizi nə rahat buraxırdı, nə də yaşamağımıza imkan verirdi. 

Mən ucqar kənddə yaşayırdım, Hələbə gəlirdim. 20 milyon lirəmə zorla əlimdən aldılar, pulsuz-parasız qaldım. Türk qardaşlarıma və ordusuna təşəkkür edirəm. Mağazamı açmaqda mənə kömək etdilər. Allah onlardan razı olsun”. 

Prezident Ərdoğana təşəkkür  

Prezident Rəcəb Tayyib Ərdoğana və türk ordusuna təşəkkür edən suriyalı “Xalqımıza evlərinə qayıtmağı tövsiyə edirəm. Elektrik var, hər şey qaydasındadır. Allaha şükür hər şey düzəlib. Ən azından artıq işləməyə qadağa yoxdur. Qazancımıza ortaq olurdular, mağazamızı açanda qazancımızın yarısını əlimizdən alırdılar. 20 milyon lirəmi zorla əlimdən aldılar, pulsuz-parasız qaldım. Yeməyə içməyə heç nəyim yox idi”, - deyə bildirib.


Oxunma sayı: 4632

Oxşar yazılar