ABŞ-da Hərbi Dəniz Qüvvələrinin bazasında atışmada ölənlərin sayı 2-yə çatıb

  • 21:30 - 06 Dekabr

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensacola” aviabazasında atışma nəticəsində ölənlərin sayı ikiyə çatıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi "Twitter" səhifəsində qeyd olunub. Son məlumata əsasən, insident nəticəsində 10 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

 

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.

***

18:24

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensacola” aviabazasında atışma baş verib.

İnsidentdən sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.

Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır.

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, iki gün əvvəl Hərbi Dəniz Qüvvələrinin Pörl-Harborda yerləşən bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu.(apa)


Oxunma sayı: 5325

Oxşar yazılar