Çin ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb

  • 20:20 - 06 Dekabr

Çin Xalq Respublikası ölkə ərazisində çalışan ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb.

 Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin dekabrın 6-da keçirdiyi mətbuat konfransında Tramp administrasiyasının Çin diplomatlarının ştat, yerli və bələdiyyə rəsmiləri ilə görüşməzdən əvvəl Dövlət Departamentini mütləq məlumatlandırma ilə bağlı oktyabrdan tətbiq etdiyi məhdudiyyətə cavab olaraq rəsmi Pekinin eyni addımı atdığını deyib.

Xua Çunyin artıq bununla bağlı ABŞ-ın Pekindəki səfirliyinin məlumatlandırıldığını bəyan edib.

“Pekin ABŞ da daxil olmaqla, xarici diplomatların və konsulluq əməkdaşlarının Çində qanunlar çərçivəsində normal rəsmi fəaliyyətinə həmişə dəstək verib və bunun üçün lazımi şəraiti yaradıb”, - deyən Xua Çunyin Birləşmiş Ştatları səhv addımlarını dərhal düzəltməyə və Çin diplomatlarına tətbiq olunan məhdudiyyətləri ləğv etməyə çağırıb.


Oxunma sayı: 1321

Oxşar yazılar