Ağacəkmə aksiyasına İmişli ictimaiəti də qatılıb - Fotolar

  • 19:45 - 06 Dekabr

Azərbaycanın dahi şairlərindən olan İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı bir neçə gündür ki, İmişlidə tədbirlər keçirilib. 

Avropa.info xəbər verir ki “Asan xidmət”in inzibati binasında İmişli rayon İcra Hakimiyyətinin və Asan Könüllülərin dəstəyi ilə konsert keçirilmiş, bu gün isə rayon ictimaiyyətinin iştirakı ilə geniş tərkibdə ağac əkmə kompaniyası keçirilmişdir. Kompaniyada rayonun ziyalı, yaşlı, gənc və sadə vətəndaşlar olmaqla bütün təbəqələrindən olan yüzlərlə insan iştirak edirdi. Bu da bizim vətəndaşların tariximizə, mədəni irsimizə olan bağlılığından irəli gəlir. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı  Vilyam Hacıyev, Aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişdir. Tədbirlə əlaqədar 5000-dən artıq ağac ümumilikdə rayon ərazisində əkilmişdir. 
   Belə tədbirlərin keçirilməsinin rayonumuz üçün böyük əhəmiyyəti vardır ki, nəticədə  rayonumuzda yaşıllığın artırılmasına, ekologiyamızın yaxşılaşmasına və insanlarımızın sağlam yaşamasına öz töhfəsini verir.

 

 

 

 

 

 

 


Oxunma sayı: 8251

Oxşar yazılar