Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”

  • 19:28 - 06 Dekabr

Almaniya kansleri Angela Merkel Auşvitz-Birkenau Fondunun 10 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Məlumata görə, tədbirdə çıxış edən kansler alman faşistlərinin törətdiyi cinayətlərdən utandığını bildirib.

“Burada Almaniya kansleri kimi dayanıb bu çıxışı etmək mənim üçün çox çətindir. Almanların burada törətdiyi əməllərə görə dərin utanc hissi duyuram”, – deyə kansler çıxışında vurğulayıb.

 

Auşvitzin faşistlərin törətdiyi cinayətlərin simvolu olduğunu deyən A. Merkel qeyd edib ki, bu məkanda baş verənləri həmişə xatırlamaq lazımdır: “Gələcəkdə bu cür qətliamların yaşanmaması üçün alman tarixinin bir parçası olan bu hadisələr haqqında həmişə danışmalıyıq. Baş verənləri unuda və ya dəyişdirə bilmərik”.

Qeyd edək ki, Angela Merkel Auşvitz həbs düşərgəsini ziyarət edən 3-cü Almaniya kansleridir. Ondan əvvəl Helmut Şmidt və Helmut Kol Auşvitzi ziyarət ediblər.(apa)


Oxunma sayı: 4456

Oxşar yazılar