Bu nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək

  • 17:50 - 06 Dekabr

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir. 

Report-un məlumatına görə, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək. Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq. 

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.


Oxunma sayı: 9406

Oxşar yazılar