Messi "Barselona"da qalacaqmı? - Açıqlama

  • 16:51 - 06 Dekabr

“Barselona”nın prezidenti Jozep Maria Bartomeu Lionel Messinin klubdakı gələcəyiylə bağlı danışıb.

Qol.az xəbər verir ki, klub rəhbəri “Mundo Deportivo”ya açıqlamasında kapitanın daha bir neçə il komandada qalacağını deyib:

“Messi ilə bir neçə dəfə danışmışam və uzun müddət komandada qalmaq istədiyini bilirəm. Bizimlə müqaviləsi olduğu üçün hələ “Barselona”da oynayacaq”.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə sözləşməsi 2021-ci ilin yayına qədərdir.


Oxunma sayı: 6623

Oxşar yazılar