"Fiziki olaraq belə Ərdoğan əlini Trampın çiyninə qoyur” - “Washington Post”dan NATO sammitində baş verənlər haqda skandal yazı

  • 16:01 - 06 Dekabr

ABŞ-ın “Washington Post” qəzeti Londonda baş tutan NATO sammiti ilə bağlı təhlil yazısı yazıb. 

Avropa.info xəbər verir ki, NATO-nun bu həftə Londonda keçirilən sammiti dünya mətbuatının bir nömrəli gündəmi idi. 

Sammitdən əvvəl “Barış Pınarı” əməliyyatını göstərərək, “NATO-nun beyin ölümü baş verib” açıqlaması verən Fransa prezidenti Makronun sözləri böyük gərginliyə səbəb olmuş, dünya liderləri ard-arda açıqlamalar vermişdi. Gərginliyin pik səviyyədə olduğu sammitdə ən çox diqqət çəkən məqamlardan biri də Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Donald Trampın görüşü idi. 

“Washington Post”un jurnalistləri Eşli Parker, Filip Ruker və Maykl Birnbaumun yazdığı xəbərdə Donald Tramp ilə Ərdoğanın görüşü ilə bağlı açıqlamalar verilib. “"Üsyankar və lovğa: Trampın xaricə səyahətlərdə bələdçisi" adlı təhlil yazısında deyilir:

“NATO liderləri Vatfordda 3 saatlıq forum üçün görüşdülər, lakin bir anda Tramp və Ərdoğan yoxa çıxdı və təkbətək görüşmək üçün zalı tərk etdilər. Bəzi NATO diplomatları Trampın Ərdoğanla görüşmək üçün əsas tədbirdə iştirak etməməsinə təəccübləndi.” 
 

Ağ Evin mətbuat üzrə katibi məsələ ilə bağlı açıqlama verməyib. Adının açıqlanmasını istəməyən yüksəkvəzifəli NATO rəsmisi “Əlbəttə, Ərdoğanla Trampın eyni siyasi dildə danışması və  bu qədər yaxınlaşmaları hər kəsi təəccübləndirir. Fiziki olaraq belə Ərdoğan əlini Trampın çiyninə qoyur” deyib.


Oxunma sayı: 16941

Oxşar yazılar