FİFA siyahısından çıxarılan azərbaycanlı hakim karyerasını başa vurdu

  • 16:25 - 06 Dekabr

Azərbaycanlı futbol hakimi Yaşar Abbasov karyerasını başa vurub.  

Bu barədə məlumatı apasport.az saytına ədalət təmsilçisinin özü verib.  

FİFA dərəcəli referi köməkçisinin adı 2020-ci il üçün açıqlanan siyahıdan çıxarılıb. O bildirib ki, buna səbəb karyerasını başa vurmasıdır: “Artıq qərarımı verərək, hakimliyi bitirmişəm. Çox ciddi zədəm var. Müəyyən müddət müalicə lazımdır. Fikirləşdim ki, yaşım da az olmadığından onu müalicə etdirib, bərpa prosesi keçənə kimi hakimliklə vidalaşım”.  

39 yaşlı hakim sözlərinə görə, tək beynəlxalq arenada deyil, yerli yarışlarda da olmayacaq: “Əvəzedilməz insan yoxdur. Yerli yarışlarla vidalaşdığım üçün beynəlxalq karyeram da bitdi”.  

Qeyd edək ki, 2006-cı ildən hakimliyə başlayan Abbasov 3 il sonra Premyer Liqada debüt edib. 2012-ci ildən isə FİFA dərəcəli hakim köməkçisi statusu alıb.


Oxunma sayı: 1695

Oxşar yazılar