Gəncədə 10 mindən çox ağac əkilib - Foto

  • 14:53 - 06 Dekabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib. 

Aksiya Gəncə şəhər sakinləri arasında böyük maraqla qarşılanıb. 

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbələr və sakinlər iştirak ediblər.  

Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq eldar şamı və dekorativ ağaclar əkilib. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub: "Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir. Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib. 

Aksiyada iştirak edən Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var: “Kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir, şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir”. 

Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”. 

Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Report


Oxunma sayı: 1607

Oxşar yazılar