Dünyaca məşhur sənətçinin sözcüsü Ərdoğanın İngiltərədə açılışını etdiyi məsciddə müsəlman oldu - Kəlmeyi-şəhadət gətirdi

  • 13:26 - 06 Dekabr

Dünyaca məşhur sənətçi Yusif İslamın mətbuat üzrə müşaviri Pedro Karvalyu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İngiltərənin Kembric şəhərində açdığı məsciddə müsəlman olub.

Avropa.info xəbər verir ki, Pedro Karvalyu açılış mərasimi üçün gəldiyi məsciddə türk imam Əli Tosla söhbət edib. Söhbət əsnasında müsəlman ola biləcəyini deyən Karvalyu şəhadət gətirmək üçün ən yaxşı vaxtın indi olduğunu deyən imam Tosun sözü ilə qərar verib. 

“Yaxşı, o zaman bunun necə olacağını göstər” deyən Karvalyu imam Tosun köməyi ilə Kəlmeyi-şəhadət oxuyub. Bu anı sevinclə qarşılayan məscid əhli Karvalyuya sarılaraq onu təbrik edib.

Yusif İslamın təbrik etdiyi Karvalyunun nişanlısının ailəsi də bu qərarı sevinclə qarşılayıb.

Anadolu Agentliyinə müsahibə verən Karvalyu müsəlman olması ilə bağlı prosesin bir “səfər” olduğunu deyib. O “Uca Allah üçün edilməli bir şey olduğunu” hiss etdiyini qəlbini göstərərək deyib:

“Səbəbi həqiqətən budur, başqa şey yoxdur. Səbəbi burada. Əgər yaşayıramsa, ruhumun bir parçası ilə deyilə biləcək bir şey yoxdur. Bir gün yaradıcımla görüşmək, qarşılaşmaq istəyirəm. Bu gün özümü daha xoşbəxt hiss edirəm”.

İmam Əli Tos Karvalyu ilə etdiyi söhbətdə onun xristian aləminin islam dinini daha yaxşı tanıması, aradakı maneələrin qalxmasının vacib olduğunu, müsəlmanlarla işlədikcə islamı öyrəndiyini dediyini çatdırıb.

“Karvalyu mənə “Əslində müsəlman olmadığı fikirləşirəm, lakin doğru vaxtı axtarıram” deyə də mən də ona doğru vaxtı axtarırsansa, o vaxt əsl indidir. Bir saniyəsinə belə təminat verilməyən dünyada yaşayırıq, dolayısı ilə doğru zaman indidir dedim” – türk imam deyib.

Tos necə müsəlman olacağını soruşan Karvalyuya məscidə keçib şəhadət gətirməyi öyrədib. 

Tos Kəlmeyi-şəhadət gətirərək müsəlman olanları oktyabr ayında Konyaya apardığını, Türkiyədə bu adamlara islamın əsaslarını, Qurani-Kərim və islam sənəti öyrətdiklərini deyib. Türkiyə səfərində tarixi, mədəni və turistik yerləri də gəzdiklərini qeyd edən Tos yazda yeni tərkibdə səfərin planlandığını deyib.


Oxunma sayı: 10462

Oxşar yazılar